"Hörmətli tələbələr, kənardan yemək gətirmək qəti qadağandır. Əks halda siz töhmət alacaqsınız". Müdiriyyət adından verilən bu elan "Xəzər" Universitetinin bufetinə yapışdırılıb.
SİTAT.İNFO xəbər verir ki, universitetin İctimai Əlaqələr və Media üzrə direktoru Əlövsət Əmirbəyli "Xəzər Xəbər"ə deyib ki, elan oraya yeməkxana müdiri tərəfindən asılıb. Və bu barədə rəhbərliyin heç bir məlumatı olmayıb.
O əlavə edib ki, yeməkxana müdiri səlahiyyətlərini aşaraq, belə bir addım atıb.
Tələbələrin bəziləri elanın yığışdırılması barədə məlumatlı olsalar da, bir qismi xəbəri ilk bizdən eşitdi.
Əlövsət Əliyev onu da bildirdi ki, yeməkxana müdiri ilə bağlı cəza tədbiri görüləcək.