Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyilə ölkənin Təhlükəsizlik Şurasının iclası keçirilib.
SİTAT.İNFO xəbər verir ki, üç saat davam edən toplantıdan sonra yayılan bəyanatda növbəti antiterror əməliyyatının anonsu verilib.
Sənəddə vurğulanıb ki, Türkiyənin Cənub sərhədlərində indiyədək keçirdiyi və bundan sonra keçirəcəyi antiterror əməliyyatları qonşu ölkələrin ərazi bütövlüyünü hədəf almır.
Qeyd olunub ki, bütün oxşar əməliyyatlar ölkənin milli təhülkəsizliyi baxımından həyata keçirilir.//oxu.az