Rusiyanın xarici işlər naziri Sergey Lavrovdan yenə ard-arda sərt bəyanatlar gəlib.
SİTAT.İNFO xəbər verir ki, Sergey Lavrov region liderləri ilə keçirdiyi görüşdə Ukrayna-Rusiya müharibəsi ilə bağlı açıqlamalar verib.
Bir daha Qərbi hədəf alan nazir Lavrov, "Qərb ölkələri getdikcə daha çox bizə nəzarət etməyə çalışırlar. Birtərəfli iqtisadi sanksiyalardan qlobal mediada informasiya müharibəsinə, tamamilə aldadıcı təbliğata qədər müxtəlif vasitələrdən istifadə edirlər"- deyib .
Lavrov qeyd edib ki, bəzi hökumətlər tərəfindən təbliğ edilən “rusafobiya” indiyədək görünməmiş səviyyəyə yüksəlib: "Qərb bizə, bütün Rusiyaya qarşı total müharibə elan edib. Artıq bu faktı heç kim gizlətmir".
Baş nazir bildirib ki, Rusiya bu vəziyyətə qarşı bütün vətənpərvərləri birləşdirib və Rusiyanın xarici siyasətinə xalq dəstəyi daha da artıb.
Lavroovun sözlərinə görə, Rusiya ilə bağlı olan hər şeyin qadağan edilməsiu , hətta rus mədniyyətinin də ortadan qaldırılması nifrətin absurd bir həddidir: "Çaykovski, Dostoyevski, Tolstoy, Puşkin kimi klassiklər qadağan edilir. Bu gün mədəniyyətimizi təmsil edən mədəniyyət və incəsənət xadimləri də cəzalandırılır. Ümumiyyətlə, bu vəziyyət uzun müddətdir davam edir. Bu durumun beləcə davam edəcəyini vurğulayıb”.
Nigar,
SİTAT.İNFO