Ədliyyə Nazirliyi Penitensiar xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamının icrası davam edib.
Axar.az xəbər verir ki, bu cəzaçəkmə müəssisəsində sərəncam ümumilikdə 27 nəfər məhkuma şamil olunub.
Həmin şəxslərdən 22-si azadlığa buraxılıb, 5 nəfərin cəzası yarıya endirilib.
Azadlığa buraxılanlar arasında Gəncə məhbusları və jurnalist də var. Jurnalist Zöhrab Əliyev də azadlığa buraxılıb.