ABŞ-ın Xarici İşlər Naziri Antoni Blinken Ukraynanın Xarici İşlər Naziri Dmitro Kuleba ilə ərzaq böhranı ilə bağlı telefon danışığı aparıb.
ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Ned Prays baş tutan telefon danışığından danışıb: "Nazir Kuleba, Rusiya prezidenti Vladimir Putinin işğalı nəticəsində yaranan qlobal ərzaq təhlükəsizliyi böhranının həlli istiqamətində görülən səylərlə bağlı son məlumatları çatdırdı və Kremlin yeməyi silahlandırmaq və ABŞ sanksiyaları ilə bağlı yalan iddialar yaymağa davam etdiyini söylədi”.
Nazir Kuleba sosial media hesabından verdiyi açıqlamada, Blinkenlə Ukraynanın təcili olaraq ağır silah tədarükü ehtiyacını müzakirə etdiyini bildirib: "Mən Blinkenin Ukraynaya davamlı qlobal dəstək vermək üçün şəxsi səylərini yüksək qiymətləndirirəm. Ağır silahlar bizim gündəmimizdə əsas yer tutur. Bu silahlar indiki anda Ukraynaya lazımdır. Ukrayna və ABŞ Rusiyanın ehtiyatsız blokadasına baxmayaraq, bizim ərzaq ixracatını təmin etmək üçün əl-ələ çalışır".
Ləman,
Sitat.info