Hazırda Ermənistanda baş verən mitinqlərlə bağlı müxtəlif fikirlər səslənir. Bəziləri bu proseslərdə Paşinyanın öz əlinin olduğunu, digərləri isə bir təzyiq vasitəsi kimi Rusiyanın oyunu adlandırırlar. Bəs əsl məqsəd nədən ibarətdir ?
Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirir ki, bir çoxları bunun Rusiya hakimiyyəti tərəfindən törədildiyini deyir : " Mən inanmıram ki, bunu Rusiya törətsin. Çünki Rusiya hakimiyyətinin orada ciddi bir plan qurmaq imkanı yoxdur. Həm maliyyə cəhətdən, həm də hərbi cəhətdən. Sadəcə olaraq Rusiyanın mərkəzi hakimiyyətində müəyyən siyasi qüvvələr var ki, Ermənilərlə başqa oyunlar oynayırlar. Həm Rusiyada Erməni lobbisi var, həm də Rusiyanın siyasi elitasında da müəyyən qüvvələr və qruplaşmalar var ki, onların işarəsi ilə, bəlkə də axrıncı bir cəhtləridir ki, Ermənistanda situasiyanı dəyişsinlər. Amma özləri də başa düşürlər ki, onlar bu güclə-Ermənistanın daxilindəki bu sosial baza ilə Paşinyanı devirmək imkanları yoxdur. Yəni kütləvi sosial bazaları yoxdur".
Akif Nağı qeyd etdi ki, bir dəfə 10-12 min insan yığıb mitinq elədilər : "Əgər sən hakimiyyətə iddialısansa, sənin ən azından bir 100 minlik mitinqin olmalıdır. İndi orada onu toplayırlarsa, görüntü yaratmağa çalışırlarsa, hamı da görür onu hesablayır ki, bu qüvvə ilə hakimiyyəti devirmək mümkün deyil. Ona görə də sosial bazaları olmadığına görə onlar hansısa bir narazılığa görə çıxmırlar ora. Onlar hansısa bir məqsəsə çatmaq üçün çıxırlar. O insanların sayı da bir neçə min ola bilər. O bir neçə minlə də Ermənistanda situasiyanı dəyişməyə çalışırlar. Kütləvi mitinqə gedə bilmirlər, yolları bağlayırlar, metroya girirlər. Ümumiyyətlə dünya praktikasında metroya girmək, qatarların hərəkətinə maneəçilik törətmək çox böyük cinayət hesab olunur. Strateji obyekt olması bir tərəfdən həm də insanların həyatını təhlükə altına atırlar".
Akif Nağı bildirdi ki, Paşinyan bütün bunları görür və son açıqlamasında da bildirdi ki, bu demokratiyanın mənzərəsidir : " Özünü o şəkildə arxayın göstərir ki, yəni bunların bizə heç bir təsiri yoxdur. Orduda kifayət qədər imkanları yoxdur. Təmizləyə bildi ordunu. Koçaryan, Sarksyan uzun illər orada kadrları yetişdirib zabitlərin içərisindən. Orada müəyyən olundu, generallar həbs olundu, uzaqlaşdırıldı. O bunların hamısını elə-belə eləmirdi. Yəni oradan da ciddi bir dəstəyi yoxdur. Xüsusi xidmət orqanlarının da ciddi bir dəstəyi yoxdur. Kadr siyasətini də apardı, prezidenti çıxartdı, özü istədiyi adamı gətirdi prezident qoydu. Yəni bunların hamısı düşünülmüş bir siyasət idi ki, öz mövqeyin gücləndirsin. Yenə də deyirəm ki, burada Paşinyanın məqsədi nədən ibarətdir, nə üçün bu mövqeni tutubdur ? Bunları bilmək çətindir".
Akif Nağı onu qeyd etdi ki, zaman gələcək 50-60 ildən sonra faktlar ortaya çıxacaq ki, kimləsə nəsə razılaşması, sövdələşməsi olubdur : "Ermənidir bu, onsuz mümkün deyil. Amma hərhalda mənim düşündüyüm odur ki, o Ermənistanı alət olmaq vəziyyətindən çıxartmaq istəyir. Ermənistanı qurbanlıq qoyun vəziyyətindən çıxartmaq istəyir ki, bizim də öz siyasətimiz olsun, müstəqil hərəkətimiz olsun, dövlətimiz yer tutsun, mövqe tursun özünə, kiminsə əlaltısı olmasın. Ona görə digər tərəfdən yenə deyirəm xaricdən də əlaqələr var. Yəni Sorosun xətti var, Rusiyada Erməni lobbisinin hərəkətləri var. Rusiyada lobbinin bir hissəsi Paşinyanı dəstəkləyir. Yəni o da var, yekcins deyil. Bəlkə də dünyada ən güclü lobbi Rusiyadadır. Hakimiyyətə də təsir imkanı var. Amma onların içərisində də müəyyən bir fikir ayrılığı var ki, tutaq ki, Koçaryan, Sarksyan və yaxud Paşinyan, ayrılırlar orada. Obiri tərəfdən onlar da fikirləşirlər ki, yeni bir şüar da tapa bilmədilər. İnsanları bir araya gətirən şüardır. İndi bəyənmədiyimiz Lenin o vaxtı "torpaq kəndlilərə" şüarını atdı bütün o Rusiyanın avam kəndliləri ayağa qalxdılar ki, bizə torpaq verirlər. Yəni şüar insanları səfərbər edir. Bunlar ortaya atırlar ki, tutaq ki, Paşinyan gəldi korrupsiyaya qarşı mübarizə, Rusiyanın təzyiqlərinə qarşı mübarizə. İnsanlar o iddianı qəbul elədilər və hərəkətə gəldilər. 10 minlərlə insan küçələrə çıxdı. Bunların indi ortaya atdığı şüar nədiki - "Qarabağ Ermənistana qaytarılmalıdır". Bu şüarla siz 30 il ortada oldunuz, nəticəsi də olmadı, camaat da bunu gördü. Yenidən o köhnə şüarla ortaya çıxırsız, indi Saqateryan çox fəaldıda, mitinqdə çıxış edir qışqırır, Qarabağdan başqa ayrı bir söz danışa bilmir. Və bu da artıq heç bir insanı tərpətmir. Ona görə onların o tərəfdən də bu hərəkəti uğursuzluğa düçar olur ki, onların insanları cəmləşdirən, bir araya gətirən şüarları da yoxdur".
Ləman Sərvanqızı,
Sitat.info