Kremldə Putindən sonrakı dövrə gizli hazırlıq gedir: Ən güclü namizəd...

12:54 30 May 2022

Ukraynada müharibə tam sürəti ilə davam edərkən Rusiya prezidenti ilə bağlı diqqəti cəlb edən iddia irəli sürülüb.

SİTAT.İNFO xəbər verir ki, adı açıqlanmayan rus agenti Britaniya mətbuatına həkimlərin Putin yaşaması üçün qoyduğu müddəti açıqlayıb.

İngiltərə mətbuatı Rusiya lideri Putinin xərçəng xəstəliyinə tutulduğu iddiasını bir daha gündəmə gətirib və həkimlərin Putinə yaşamaq üçün müddət qoyduğunu yazıb.

“Mirror” qəzetinin özəl xəbərinə görə, həkimlər Rusiya liderinə maksimum 3 il ömür veriblər. Britaniya qəzeti bu xəbəri Rusiyanın dövlət daxili təhlükəsizlik agentliyi olan Federal Təhlükəsizlik Xidmətinin (FSB) agentinə əsaslandırıb. Mənbənin adı təhlükəsizlik baxımından gizli saxlanılsa da, qeyd olunur ki, xəstəliyi səbəbindən Putinin görmə qabiliyyəti ciddi şəkildə aşağı düşüb.

Rus agent qəzetə verdiyi açıqlamada bu ifadələri deyib: “Ona televiziyada deyəcəklərini oxumaq üçün böyük hərflərlə yazılmış kağız parçaları lazımdır. Bu kağızlarda yazılan hərflər o qədər böyükdür ki, hər səhifədə bir neçə cümlə var. Görmə qqabiliyyəti ciddi şəkildə pisləşir”. 

Son vaxtlar Vladimir Putinin səhhəti ilə bağlı bir çox iddialar arasında Parkinson və xərçəng xəstəlikləri ön plana çıxıb.

Rusiyada yerləşən araşdırma platforması olan "Proekt" tərəfindən daha əvvəl dərc edilən sənədlərdə qeyd olunub ki, səfər zamanı Putini ən azı 5 fərqli həkim  müşayiət edir. Həmin sənədlərdə biildirilib ki, qalxanabənzər vəzi xərçəngi üzrə ixtisaslaşmış otorinolarinqoloq Yevgeni Selivanov heç vaxt Rusiya liderinin yanından ayrılmır.

Kremlin sözçüsü Dmitri Peskov sənədləri “fantaziya” adlandırıb və buradakı iddiaların həqiqəti əks etdirmədiyini vurğulayıb.

Britaniya mətbuatının yazdığına görə, Putinin öləcəyi təqdirdə onu Mixail Mişustin əvəzləyəcək, o,  ən güclü namizəddir. Rusiyanın baş naziri olan Mişustin siyasi iyerarxiyada Putindən sonra ikinci yerdədir.

Namizədlər arasında ölkənin paytaxtı Moskvanın hazırkı meri Sergey Sobyaninin də adı var.

2008-ci ildən Rusiya Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsində çalışan Nikolay Patruşev də tez-tez xatırlanan adlardandır.

Nigar Abuzər

SİTAT.İNFO

 



Xəbər xətti