Avropa İttifaqında çatlar dərinləşir: Rusiyaya neft embarqosunu bu ölkələr bloklayır

13:12 30 May 2022

Avropa İttifaqının (Aİ) sabah baş tutacaq sammitindən əvvəl, liderlərin Rusiya neftinə qoyulan embarqo ilə bağlı razılığa gələ bilməyəcəyi bildirilib.

SİTAT.İNFO xəbər verir ki,  Aİ üzvləri Ukraynaya hücumları səbəbindən Rusiya neftinə qoyulan embarqo ilə bağlı sabahkı liderlər zirvəsinə qədər razılığa gələ bilməyib.

Sözügedən embarqonun Rusiya neftindən daha çox asılı olan ölkələr tərəfindən bloklandığı bildirilib.

Adı açıqlanmayanyüksək rütbəli diplomatı bəyan edib ki, Aİ-yə üzv ölkələrin üzərində çalışdıqları Rusiya neftinə embarqo qoyulması təklifi, xüsusilə Macarıstan, Slovakiya və Çexiya tərəfindən bəyənilmir.

Avropa Komissiyası hazırda  qadağanın yalnız Aİ-yə tankerlər vasitəsilə gətirilən Rusiya neftinə şamil edilməsini təklif edir. Alternativ təchizatlar qurulana qədər Macarıstan, Slovakiya və Çexiyaya bir müddət Rusiya neftini Rusiyanın Drujba Boru Kəməri ilə almağa davam etməlidir.

 Müharibənin başlanğıcından bu yana mərhələli şəkildə sanksiya qərarları alan Aİ altıncı sanksiya paketini açıqlayıb.

Rusiya neftinə tədricən embarqonun tətbiqi və Aİ-nin Rusiya resurslarından asılılığının azaldılması istiqamətində atılacaq addımları bəzi ölkələr dəstəkləmir. Bu Rusiya neftindən daha çox asılı olan ölkələrdir.

Nigar Abuzər 

SİTAT.İNFO



Xəbər xətti