Zelenskiyə böyük zərbə! Xarkov rəsmisi qovuldu: "Məqsədinin nə olduğunu öyrənəcəyik"

13:45 30 May 2022

Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) Xarkov vilayətinin rəhbəri Roman Dudini vəzifəsindən azad edib.

SİTAT.İNFO xəbər verir ki, müharibə davam etdiyi bir vaxtda Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ordusunun hücumlarından ən çox təsir görən Ukraynanın Xarkov şəhərinə səfər edib.

Səfərindən sonra açıqlama verən Zelenski deyib ki, Xarkovun müdafiəsindəki əsas şəxslərdən birini vəzifədən azad edib:  "Gəldim və vəziyyəti başa düşdüm. Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) Xarkov şöbəsinin rəhbərini işdən çıxartdım. Çünki o, ilk günlərdən şəhərin müdafiəsi ilə məşğul deyildi. O, ancaq özünü düşünürdü.  Məqsədinin nə olduğunu öyrənəcəyik”.

Ləman Sərvanqızı

SİTAT.İNFO

 



Xəbər xətti