Ukraynadan yarım milyon tona yaxın taxıl oğurlanıb

16:33 30 May 2022

Rusiya Ukraynadan yarım milyon tona yaxın taxıl oğurlayıb.

Sitat.info xəbər verir ki, bu barədə Ukraynanın aqrar siyasət nazirinin birinci müavini Taras Vısotski deyib.

“Oğurlanan yarım milyon tona yaxın taxıl müvəqqəti işğal olunmuş ərazilərdən - Xerson, Zaporojye, Luqansk, Donetsk vasitəsilə Krımdan Rusiya ərazisinə göndərilir”, - nazir müavini bildirib.

T.Vısotskinin sözlərinə görə, rusların payızlıq buğda məhsulunu da oğurlaması riski böyükdür.

/Axar.az



Xəbər xətti