Rusiyanın Ukraynaya hücumları davam etdiyi müddətdə, Kremldə siyasi böhranlar yaşanmaqdadır. Martın 23-də Putinin xüsusi nümayəndəsi Anatoli Çubaysın istefasından sonra Kremldən daha bir istefa xəbəri gəldi.
SİTAT.İNFO xəbər verir ki, Rusiyanın keçmiş lideri Boris Yeltsinin kürəkəni və Putinin hakimiyyətə gəlməsinə kömək edən Kremlin müşaviri Valentin Yumaşev də istefa verib.
Yumaşevin idarə heyətinin üzvü olduğu Yeltsin Fondunun baş direktorunun müavini Lyudmila Telen Rusiya mətbuatına açıqlamasında Yumaşevin istefasını təsdiqləyərək, "Bu, onun xahişi idi. Ona görə də onun istefa verdiyini bilirəm" deyib.
Qeyd edək ki, Sovet İttifaqının dağılmasından sonra qurulan Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsinin müşaviri vəzifəsində çalışan Yumaşev həm də Yeltsinin kürəkəni olub. Yeltsindən sonra Putinin prezidentliyə başlamasında mühüm rol oynayan Yumaşev 1998-ci ildən sonra da fasiləsiz olaraq prezidentin müşaviri vəzifəsini icra edib.
Banu,
SİTAT.İNFO