Çin Xalq Ordusuna aid 30 döyüş təyyarəsi Tayvanın Hava Hücumundan Müdafiə Təsbit Bölgəsinə (ADİZ) daxil olub.
SİTAT.İNFO xəbər verir ki, Tayvan Müdafiə Nazirliyinin rəsmi Twitter hesabından edilən açıqlamada, 6 ədəd J-16, 8 ədəd J-11, 4 ədəd J-10, 2 ədəd SU-30 və 2 ədəd SU-35 döyüş təyyarəsi, 2 ədəd KJ-500 erkən xəbərdarlıq və nəzarət təyyarəsi, 4 ədəd Y 8 ELINT elektron kəşfiyyat təyyarəsi, 1 ədəd Y-8 EW dəniz nəqliyyatı təyyarəsi və 1 ədəd Y-8 ASW dəniz patrul təyyarəsinin Tayvanın hava hücumundan müdafiə zonasının cənub-qərb hissəsinə daxil olduğu bildirilib.
Məlumata görə , təyyarələrə radio ilə xəbərdarlıq edilib, ardınca isə hərbi patrul təyyarələri və hava hücumundan müdafiə raket sistemlərinin gəlib.ə
Beynəlxalq hüquqda heç bir tərifi olmayan və heç bir beynəlxalq qurumun nəzarəti altında olmayan ADİZ mülki təyyarələr üçün qadağan deyil. Lakin lakin əraziyə daxil olan hərbi təyyarələr potensial təhlükə qiymətləndirilir və onlara xəbərdarlıq edilir.
Ləman,
SİTAT.İNFO