Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edəcək.
Sitat.info xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Lavrov buğda məsələsi də daxil olmaqla, Qara dənizdə təhlükəsizlik dəhlizinin açılmasını müzakirə etmək üçün iyunun 8-də Türkiyəyə gələcək”, - Çavuşoğlu bildirib.
Qeyd edək ki, ötən gün Türkiyə və Rusiya liderləri telefon danışığı zamanı Qara dənizdə təhlükəsizlik və taxılın daşınması da daxil olmaqla, bir sıra məsələlərdə razılıq əldə edib.
/Axar.az