Bu gün Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev Qarabağ üzrə üçtərəfli sazişlərin icrasını müzakirə ediblər.
Kremlin məlumatına görə, Rusiya və Azərbaycan liderləri ikitərəfli əməkdaşlıq məsələlərini də müzakirə ediblər və təmasları davam etdirmək barədə razılığa gəliblər.
SİTAT.İNFO Tass agentliyinə istinadən xəbər verir ki, Kremlin mətbuat xidmətindən verilən məlumata görə, Rusiya prezidenti Vladimir Putin və Azərbaycan lideri İlham Əliyev arasında telefon danışığı olub, söhbətdə digər məsələlərlə yanaşı, Qarabağ üzrə üçtərəfli sazişlərin icrası da müzakirə olunub.
“Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-ci il 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin icrası regionda sülhün bərqərar olması və sabitliyin möhkəmləndirilməsi ilə bağlı konkret məsələlərin həlli diqqət mərkəzində saxlanılıb. Bunlar iqtisadi əlaqələri və nəqliyyat kommunikasiyalarını blokdan çıxarmaqla bağlıdır".
Liderlər ikitərəfli əməkdaşlıq məsələlərini də müzakirə edib və təmasları davam etdirmək barədə razılığa gəliblər.
"Ticarət-iqtisadi sahədə ikitərəfli əməkdaşlığın bəzi aktual aspektləri müzakirə edilib. Rusiya-Azərbaycan strateji tərəfdaşlığının daha da dərinləşdirilməsinə qarşılıqlı maraq ifadə edilib, o cümlədən Azərbaycan Prezidentinin fevral ayında Moskvaya rəsmi səfərinin yekunları haqqında danışılıb".
Kremldən bildirilib ki, söhbət Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutub, liderlər müxtəlif səviyyələrdə müntəzəm təmasları davam etdirmək barədə razılığa gəliblər.
Nərgiz,
SİTAT.İNFO