Lukaşenko yenə gündəmi alt-üst etdi: Ukraynadakı ssenari Belarus üçün də yazılmışdı

13:32 31 May 2022

Lukaşenko gündəmi alt-üst edən açıqlama verib. O hazırda Ukraynada həyata keçirilən ssenarinin Belarus üçün də yazıldığını, lakin Qərbin bunu həyata keçirə bilmədiyini deyib: "İndi  Ukraynada Belarusda baş tutmayan ssenarini həyata keçirirlər".

Lukaşenkonun sözlərinə görə, Minsk "Yalnız qonşu ölkənin ərazisində planlaşdırılan təhlükələrin səviyyəsini" başa düşür.

Belarus prezidenti Aleksandr Lukaşenko bu gün informasiya siyasətinin təkmilləşdirilməsi ilə bağlı müşavirədə bildirib ki, Ukraynada hadisələr Belarusda baş tutmayan ssenari üzrə cərəyan edir,

"Ukraynaya baxanda başa düşürük ki, orada bizim torpaqlarımızda  həyata keçirilə bilməyən bir ssenari cərəyan edir. Biz başımıza nə gələcək deyə sual verəndə,  lütfən Ukraynaya baxın. Biz təhdidlərin səviyyəsini başa düşürük. Ancaq hazırda bu təhlükə qonşu ölkənin ərazisinə keçib”, - Lukaşenkonun sözləri onun rəsmi saytında yer alıb.

Nigar Abuzər,

SİTAT.İNFO



Xəbər xətti