İsrail hökuməti Birləşmiş Ərəb Əmirlikləri ilə azad ticarət sazişini imzalayıb və bununla İsrailin bir ərəb dövləti ilə ilk böyük ticarət razılaşması baş tutub.
SİTAT.İNFO Əl-Cəzirəyə istinadən xəbər verir ki, müqaviləni İsrailin İqtisadiyyat və Sənaye naziri Orna Barbivai, onun həmkarı, BƏƏ-nin iqtisadiyyat naziri Abdulla bin Touq əl-Marri aylarla davam edən danışıqlardan sonra çərşənbə axşamı Dubayda imzalayıblar .
BƏƏ-İsrail Biznes Şurasının prezidenti Dorian Barak bildirib ki, ticarət sazişi vergi dərəcələrini, idxalı və əqli mülkiyyəti müəyyən edir. Bu daha çox İsrail şirkətini BƏƏ-də, xüsusən Dubayda ofislər açmağa təşviq edəcək.
Fatimə Lətifova
SİTAT.İNFO