Ukraynaya hücum başlayandan bəri İLK DƏFƏ! Yola düşdü...

11:17 1 İyun 2022

Rusiya işğalı başlayandan bəri Ukraynanın Mariupol şəhərindən ilk quru yük gəmisi Rusiyaya yola düşüb.

Rusiyanın Ukraynaya hücumları davam edərkən, işğalın başlanğıcından bu yana ilk quru yük gəmisi Ukraynanın Mariupol şəhərindən Rusiyaya doğru yola düşüb.

Separatçı Donetsk Xalq Respublikasının qondarma lideri Denis Puşilin sosial media hesabında 2500 ton isti əridilmiş polad daşıyan RM-3 Slavutiç tipli quru yük gəmisinin Rusiyanın Rostov şəhərinə yollandığını bildirib. Bildirilib ki, gəmi Rusiya xüsusi təyinatlıları və Rusiya donanmasının mühafizəsi altında yüklənərək yola düşüb.


UKRAYNA   Rusiyanı ÖLKƏSİNİ  talamaqla günahlandırmışdı


Ukrayna dəfələrlə Rusiyanı öz ərazisində taxıl və metal kimi məhsulları talamaqda ittiham edib, Ukrayna Parlamentinin İnsan Hüquqları üzrə Müvəkkili Lyudmila Denisova isə şənbə günü Rusiya qoşunlarının Mariupoldan Rostova 3000 ton metal məmulatı daşıyan gəmi göndərməyi planlaşdırdığını bildirib. 

Denisova həmçinin bildirib ki, Rusiyanın Ukraynaya hücumundan əvvəl Mariupol limanında 170 milyon dollar dəyərində təxminən 200 min ton metal və çuqun var idi.

Lamiyə Xəqani

SİTAT.İNFO 



Xəbər xətti