İtalyan pilot yuxuya getdi - Terror xəbərdarlığına keçildi

15:02 1 İyun 2022

İtalyan aviaşirkətinin pilotu Fransa hava məkanında nəqliyyatın idarə edilməsi mərkəzinin çağırışlarına cavab verməyib. Ona görə də döyüş təyyarələrinə terror xəbərdarlığı edilib. 

Konkret.az xarici mediaya istinadən xəbər verir ki, Nyu-York Con Kennedi Beynəlxalq Hava Limanından Roma-Fiumicino Beynəlxalq Hava Limanına uçan “Airbus – A33” təyyarəsi Fransa hava məkanından keçərkən hava hərəkətinə nəzarət mərkəzinin zənglərinə cavab verməyib.

Təyyarə ilə 10 dəqiqəlik təmas olmadıqdan sonra Fransanın hava idarəetmə mərkəzi həyəcan vəziyyətinə gətirilib. Uçuşun qarşısını almaq və vəziyyəti öyrənmək üçün iki fransız döyüş təyyarəsi təcili olaraq havaya qalxıb.

Hadisənin dəqiq səbəbləri nə aviaşirkət, nə də səlahiyyətlilər tərəfindən açıqlanmayıb. Digər tərəfdən İtaliyanın “Republica” qəzeti hadisənin kapitanın yuxuya getməsindən sonra baş verdiyini iddia edib.Uçuş heyəti bu iddianı təkzib edərək rabitə sistemində nasazlığı əsas gətirsə də, araşdırmada sistemdə hər hansı problem aşkar edilməyib.

Pilotun yuxuya getdiyi, nəhayət, başa düşüldükdən sonra o, işdən qovulub.



Xəbər xətti