Həkim: “Sərt karantin rejimində uşaqlarda piylənmə göstəriciləri artıb”

16:06 1 İyun 2022

“Sərt karantin rejimində uşaqlarda sosial ünsiyyət qabiliyyəti məhdudlaşıb və piylənmə göstəriciləri artıb”.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Nigar Bayramova deyib. Onun sözlərinə görə, uşaqların kitab oxuma saatları xeyli aşağı düşüb:

“İnfeksiya riski ilə bağlı olaraq uşaqlar peyvəndlənmədən uzaq qalıb. Halbuki burada çox ciddi xəstəliklərin peyvəndlərindən söhbət gedir. Valideynlərə tövsiyə edirik ki, gecikmiş peyvəndlərin vurulması üçün mütləq yenidən müraciət etsinlər”.



Xəbər xətti