Rusiya Federasiyası Silahlı Qüvvələri Ukraynaya gələn yüzlərlə əcnəbi muzdlu əsgəri uzaq mənzilli dəqiq silahlarla məhv edib. Bu barədə bu gün Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov məlumat verib.
Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib ki, muzdluların əksəriyyəti döyüş bölgəsində təlim səviyyəsinin aşağı olması və real döyüş təcrübəsinin olmaması səbəbindən məhv edilib.
“Ukraynadakı yüzlərlə əcnəbi muzdlu Rusiyanın uzaqmənzilli dəqiq silahları ilə, təlim və taktiki bölmələrin koordinasiyasından keçdikləri yerlərə gəldikdən qısa müddət sonra məhv edilib”, - Konaşenkov bildirib.
Nigar,
SİTAT.İNFO