Rusiyanın Ukrayna sərhədlərini aşaraq yeni əməliyyatlara başlamasının tərəfdarı olan rusiyalı aparıcı Olqa Skabeyeva canlı yayımda İngiltərə, ABŞ və NATO-ya müharibə elan edib.
SİTAT.İNFO xəbər verir ki, aparıcı milyonların gözü qarşısında təhdidlərin ardını-arasını kəsmədən, “hər kəs bunun əvəzini ağır ödəyəcək” deyib.
Hər fürsətdə Rusiya dövlət televiziyasına çıxan və bir-birinin ardınca bəyanatlar düzən, Putinin Ukraynaya təcavüzünə haqq qazandıran təbliğatçılar yenidən iş başındadır.
“Rossiya 1” dövlət televiziyasında Üçüncü Dünya Müharibəsinin artıq başladığı iddia edilib. Bundan başqa, o, canlı yayımda Böyük Britaniya və ABŞ-ın Ukrayna ilə müharibəyə müdaxilə etməsinə görə, ağır bədəl ödəməli olduğunu deyib.
“Bəlkə də Rusiyanın Ukraynadakı xüsusi əməliyyatının başa çatdığını və müəyyən mənada əsl müharibənin başladığını etiraf etməyin vaxtı çatıb. Üçüncü Dünya Müharibəsi başlayıb”.
Skabeyeva həmçinin iddia edib ki, təkcə Ukrayna deyil, bütün NATO alyansı tərksilah edilməlidir.
Olqa Skabeyeva bu sözləri çoxsaylı rusiyalı analitiklər, şərhçilər və “siyasi ekspertlər”in Putinin Ukraynadakı “xüsusi hərbi əməliyyatı”nı müzakirə etmək üçün bir araya gəldiyi 60 dəqiqəlik proqramda səsləndirib.
Lamiyə Xəqani
SİTAT.İNFO