Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hazırkı Baş nazir Paşinyanın bir vaxtlar “Qarabağ Ermənistandır və nöqtə” ifadəsini təsdiqləməkdən imtina edib.
Sitat.info xəbər verir ki, Armen Qriqoryanın bu gün keçirdiyi mətbuat konfransında jurnalistlərdən biri belə bir təhrikçi sualla müraciət edib.
Qriqoryan isə deyib ki, bu suala dəfələrlə cavab verilib.
“Biz Qarabağda yaşayan soydaşlarımızın təhlükəsizliyinə diqqət yetirməyə davam edirik. Əminik ki, statusu müəyyən edən hüquqlar və təhlükəsizlikdir. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik və əminik ki, bu, vacib istiqamətdir, işləməklə nəticə əldə edəcəyik”, - o bildirib.
/Axar.az