Sərhəd delimitasiyası: ermənilər niyə sayca azdır?

17:28 2 İyun 2022

Gündəmdə təbii ki, sərhədin demarkasiyası və delimitasiyası ilə bağlı məsələlər olacaq. İlk iclasın davamı kimi komissiyalar prosesi irəli aparmağın yollarını müzakirə edəcək.

Sitat.info xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün keçirdiyi mətbuat konfransında deyib.

O, ikinci görüşün Moskvada olacağını bildirib:

“Moskvadakı görüşün dəqiq vaxtı bilinmir. Baş nazirin müavinindən məlumat alınacağı gün görüşün tarixi açıqlanacaq”.

İşçi komissiyanın üzvlərinin sayına görə Ermənistan tərəfinin Azərbaycan tərəfindən niyə daha az olduğu barədə suala Qriqoryan belə cavab verib:

“Üzvlərin sayı əhəmiyyət daşımır, çünki bütün məsələlər idarələrarası müzakirə olunur. Görüşdən əvvəl işçi qrupu hazırlanır. Əgər komissiyada nazir müavini təmsil olunursa, bu o demək deyil ki, nazirliyin digər əməkdaşları prosesdə iştirak etmirlər. Yəni sayla bağlı heç bir problem görmürəm. Mütəxəssislərə gəlincə, 2019-cu ilin noyabrından bu günə kimi biz müxtəlif formatlarda mütəxəssislərlə dəfələrlə müzakirələr aparmışıq”.

/Axar.az



Xəbər xətti