Çin rəhbərliyi Qərbin sanksiyalarını pozmadan Rusiyaya yardımı genişləndirmək istəyir və amma sanksiyalarla bağlı məhdudiyyətləri də nəzərə alır.
SİTAT.İNFO xəbər verir ki, nüfuzlu Vaşinqton Post qəzeti bu barədə yazır.
Qəzet yazır ki, Rusiya rəsmiləri son həftələrdə Pekinlə müzakirələr zamanı daha çox dəstək istəyiblər və rədd cavabı alaraq məyus olublar. Kreml Çini Ukraynada müharibə başlamazdan həftələr əvvəl bağladıqları hərtərəfli, məhdudiyyətsiz tərəfdaşlıq razılaşmasına əməl etməyə çağırıb. Lakin Çin rəhbərliyi Qərbin sanksiyalarını pozmadan Rusiyaya yardımı genişləndirmək istəyir.
Moskva ən azı iki dəfə Pekinə yeni iqtisadi dəstək formaları təklif edib və bununüçün təzyiq göstərib. Hazırda iki dövlət arasında gərgin danışıqlar gedir. Danışıqlarla tanış olan rəsmilər məsələnin həssaslığını nəzərə alaraq, anonim danışıblar.
Onlar Rusiyanın təkliflərinin spesifik xüsusiyyətlərini bölüşməkdən imtina ediblər. Açıqlanan məqam isə budur ki, Kremlin tələbləri fevralın 24-də Ukraynaya müdaxilədən əvvəl izaladıqları ticarət öhdəliklərini və hazırda ABŞ və Qərb tərəfindən sanksiyala tətbiq edilən sahəyə maliyyə və texnoloji dəstəyin saxlanmasını ehtiva edir.
Nərgiz,
SİTAT.İNFO