Bayden ABŞ-dakı kütləvi qətllərə görə Konqresi topladı: Silahlara nəzarətin yolunu tapın!

13:51 3 İyun 2022

Bayden son bir neçə həftədə üçüncü kütləvi atışmadan Konqresi növbədənkənar toplayıb.  O, Konqresi silahlara nəzarətlə bağlı təcili tədbirlər görməyə çağırıb. Nyu-Yorkda, Texasda, Oklahomada dəhşətli kütləvi atışmalardan danışan Ağ Ev rəhbəri deyib ki, vətəndaşların emosiya və qəzəbini bu şəkildə ifadə etməsinin qarşısı alınmalıdır. Birləşmiş Ştatlarda son bir neçə onillikdə getdikcə müntəzəm şəkil alan dəhşətli qanlı hücumlardan sonra odlu silah məhdudiyyətləri gündəmə gəldi, lakin buna çox ciddi  müqavimət göstərildi.  Bayden Vaşinqtonda bəzilərinin iqri müstəvidə münaqişə yarada biləcəyinə toxunaraq, ibtidai məktəbdə baş verən qırğına diqqət çəkdi.
Bayden vurğulayıb ki, Kolumbindən sonra, Sandi Hukdan, Çarlstondan, Orlandodan, Las-Veqasdan, Parklenddən sonra heç bir şey etmədik. Bu dəfə də heç nə etməsək, bu doğru olmaz. Bu dəfə həqiqətən nəsə etməliyik”.

Safura,

SİTAT.İNFO



Xəbər xətti