Ukrayna səfirindən ŞOK İTTİHAM: Türkiyə Rusiyanın bizdən oğurladığı taxılı alır

16:07 3 İyun 2022

Rusiyanın Ukraynadan oğurladığı taxıl alan ölkələr arasında Türkiyə də var. Bunu Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar deyib.

SİTAT.İNFO  Reutersə istinadən xəbər verir ki, Vasili Bodnar həmçinin Türkiyə sularından taxıl daşınmasında kimin əli olduğunu araşdırmaq üçün Türkiyə hakimiyyət orqanlarından və İnterpoldan kömək istəyib.

Qeyd edək ki, Dmitri Kuleba dünya ölkələrini Rusiyadan oğurlanmış Ukrayna taxılını almamağa çağırmışdı.

BMT-nin baş katibi isə bildirmişdi ki, Ukraynadakı müharibə dünyanı aclıq təhlükəsi ilə təhdid edir.

Banu,

SİTAT.İNFO



Xəbər xətti