Avropa Birliyi xüsusi əməliyyatlar zamanı Ukraynanın qələbəsinə ümidlidir və Rusiyaya qarşı sanksiyalar bu məqsədlə davam edir.
Sitat.info xəbər verir ki, bu fikirləri rusiyalı kinorejissor Karen Şahnazarov deyib.
“Biz onların fədakarlığını lazımınca qiymətləndirmirik. Əgər Rusiyanı sındırsalar, o zaman dünyada hökmranlıqlarına zəmanət alacaqlar. Sonra Çini parçalayacaq və istədikləri hər şeyə sahib olacaqlar”, - Şahnazarov bildirib.
Onun fikrincə, avropalıların əksəriyyəti Rusiyanın əleyhinədir və tətbiq edilən sanksiyaları dəstəkləyir:
“Bu mübarizədə ən vacib məqam odur ki, özünü aldatmaq lazım deyil. Qalib gəlmək üçün həqiqətlə üzləşməlisən. Sən onlardan daha ağıllı, hiyləgər və daha səmərəli olmalısan”.
/Axar.az