Vejnəli qızıl yatağında ilkin kəşfiyyat işlərinə başlanıldı

16:47 3 İyun 2022

Zəngilan rayonundakı Vejnəli qızıl yatağında xarici şirkət öz fəaliyyyətini bərpa etməyi nəzərdə tutur.

Sitat.info xəbər verir ki, bunu Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.

O bildirib ki, artıq bu istiqamətdə irəliləyişlər var:

“Hazırda Vejnəli yataqında həmin şirkət tərəfindən istismar öncəsi ilkin kəşfiyyat-qiymətləndirmə mərhələsinə başlanılıb. Güman edirik ki, 6 ay müddətində bu prosesllər başa çatacaq və şirkət yataqda öz fəaliyyətini davam edirəcək”.

/Axar.az



Xəbər xətti