Ukraynalı uşaq Roma papasını Ukraynaya çağırdı - Papa belə cavab verdi

07:36 5 İyun 2022

Roma Papası Fransisk Ukraynadakı durumun sabitləşməsinə töhfə verməyə hazır olduğunu bildirib.

“Report” UNİAN-a istinadən xəbər verir ki, o, bu barədə Vatikanda uşaqlarla görüşü zamanı deyib.

Görüşdə Zaxar adlı ukraynalı uşaq Papaya deyib: “Mənim bir xahişim var: hazırda orada əziyyət çəkən bütün uşaqları xilas etmək üçün Ukraynaya gələ bilərsinizmi?”.

Papa Fransisk cavab verib ki, indi onun səfəri bütün dünyaya xeyirdən çox zərər verə bilər.

"Mən Ukraynaya getmək istərdim, sadəcə bunu etmək üçün anı gözləmək lazımdır. Mən bunu etmək üçün düzgün vaxt tapmalıyam. Gələn həftə Ukrayna hökumətinin nümayəndələrini qəbul edəcəm, danışıqlara gələcəklər və mənim ora mümkün səfərimi də müzakirə edəcəyik”, - Papa vurğulayıb.



Xəbər xətti