Türkiyə-Azərbaycan birgə universitetinin Bakıda yaradılması planlaşdırılır.
APA-nın xəbərinə görə, bu barədə Türkiyə xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran bildirib.
O qeyd edib ki, Türkiyə-Azərbaycan birgə universiteti ilə bağlı anlaşma layihəsini 10 yanvar tarixində Azərbaycan tərəfinə təqdim ediblər.