Koreya Ukraynanın müharibədən sonrakı bərpasında iştirak edəcək - Şulyak

12:20 6 İyun 2022

Artıq Estoniya, Böyük Britaniya, İspaniya, Tayvan, Yunanıstan və digər ölkələr Ukraynanın vilayət və şəhərlərini bərpa etmək istəklərini rəsmən bəyan ediblər.

Koreya nümayəndə heyəti Buça və İrpen şəhərlərində olub və Ukraynaya dağılmış infrastrukturun bərpasına kömək etməyi planlaşdırır.

SİTAT.İNFO xəbər verir ki, bu barədə “Xalqın qulluqçusu” siyasi partiyasının sədri Yelena Şulyak Telegram kanalında məlumat verib.

"Koreya Ukraynanın müharibədən sonrakı mərhələdə yenidən qurulmasına qoşula bilər. Koreya Respublikasının hakim partiyasının lideri cənab Li Jun Seokun başçılıq etdiyi rəsmi nümayəndə heyəti bu gün Buça və İrpində buna ehtiyac olduğunu görmək imkanı əldə edib, öz gözləri ilə vəziyyətin şahidi olub”, - Şulyak bildirib.

Onun sözlərinə görə, Koreya nümayəndələri bu məsələni öz ölkələrinin rəhbərliyi ilə müzakirə edəcəklər.

"Cənab Li Jun Sukun sözlərinə görə, Ukraynada gördüklərindən və eşitdiklərindən sonra o, yardımla bağlı  müxtəlif variantları müzakirə etmək üçün mütləq prezident Yun Sok Yolla görüşəcək. Səfərə görə minnətdaram və Cənubi Koreyanın  Ukraynaya dəstək verən ölkələrə  bu ölkələrə qoşula biləcəyinə ürəkdən ümid edirəm. Onlar artıq rəsmi şəkildə Ukraynanın vilayətlərinin, şəhərlərinin, kəndlərinin, qanlı raşistlərdən zərər çəkmiş obyektlərin bərpası ilə bağlı “hamilik” almaq istədiklərini bəyan ediblər”, - Xalqın qulluqçusunun rəhbəri yekunlaşdırıb.

Safura Bənnayeva,

SİTAT.İNFO



Xəbər xətti