7 saylı “ASAN xidmət”də təhsil xidmətləri də olacaq

13:10 6 İyun 2022

İyunun 1-dən yeni yaradılan 7 saylı “ASAN xidmət” mərkəzində də təhsil xidmətləri təqdim olunmağa başlanılıb.

Təhsil Nazirliyindən "Sitat.info"ya bildirilib ki, İlkin mərhələdə vətəndaşlar mərkəzdə 5 təhsil xidmətindən yararlana biləcəklər. Növbəti mərhələlərdə xidmətlərin sayının artırılması nəzərdə tutulur.

Sözügedən təhsil xidmətlərinin hər biri Təhsil Nazirliyi tərəfindən elektron qaydada da həyata keçirilir. Bununla yanaşı, elektron qeydiyyat prosesində hər hansı çətinlik çəkən və ya məlumatsız vətəndaşlar bundan sonra 5 və 7 saylı “ASAN xidmət” mərkəzlərinə də yaxınlaşaraq konsultativ dəstək ala bilərlər.

Mərkəzlər vasitəsilə təhsil sahəsində vətəndaş müraciətləri üzrə məsləhətçi, şagirdlərin elektron yerdəyişməsi, ümumi təhsil müəssisələrinin birinci sinflərinə şagird qəbulu, cari təhsilalanlar üçün elektron təhsil arayışları, təhsil tələbə kreditinə elektron müraciət xidmətlərindən yararlanmaq mümkündür.

Qeyd edək ki, Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı nəticəsində  prosesin tədricən paytaxt və regionlarda fəaliyyət göstərən digər mərkəzlərdə də həyata keçirilməsi planlaşdırılır.

Xidmətlər haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

 



Xəbər xətti