Donbasda ölüm-qalım savaşı davam edir: Rusiya bu şəhərdən geri çəkilməli oldu...

13:42 6 İyun 2022

Luqansk vilayətinin qubernatoru Sergey Qayday Rusiya ordusunun Severodonetsk şəhərini itirdiyini və geri çəkilməli olduğunu açıqlayıb.

"Rusiya ordusu şəhərin təxminən 70 faizinə nəzarət edirdi, lakin onlar son 2 gündə geri çəkilməli olublar", - Qaydaydeyib.

SİTAT.İNFO Ukryan mediasına istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Severodonetskdə vəziyyətin son dərəcə ağır olduğunu bildirib.

Zelenski rus qoşunlarının yenidən Sumi rayonu, Mikolayiv, Zaporojya və Xarkov vilayətlərinin sərhədyanı ərazilərini hədəfə aldığını, Severodonetskdə küçə toqquşmalarının davam etdiyini və vəziyyətin son dərəcə çətin olduğunu bildirib. “Qəhrəmanlarımız öz mövqelərini saxlayır və düşmənə maksimum itki vermək üçün hər şeyi edirlər”, - deyə Zelenski bildirib.

Lamiyə,

SİTAT.İNFO

 



Xəbər xətti