Bazar günü Vladimir Putin bəyan etmişdi ki, Qərb ölkələri Ukraynaya silah verməyə davam edərsə, Ukraynada daha çox yerləri hədəfə alacaqlar.
SİTAT.İNFO xəbər verir ki, Putin dövlət televiziyasında yayımlanan müsahibəsində “Ukraynaya silah yardımının yalnız bir məqsədi var: silahlı qarşıdurmanı mümkün qədər uzatmaq” deyə u.
Əlavə edib ki, Ukraynaya uzaqmənzilli silahlar göndərsələr, lazım olanı edəcək. Bundan nəticə çıxararaq hələ hədəf almadığımız nöqtələrə hücum edirəcəyik".
Putinin müsahibəsi Kiyevə raket hücumundan bir neçə saat sonra yayımlanıb.
Qərb ölkələri isə Putinin hədələrinə baxmayaraq, Ukraynaya silah yağdırırlar. Ötən həftə ABŞ HIMARS və Almaniya İris-T-ni Ukraynaya göndərəcəyini açıqlamışdı.
HIMARS, 70 kilometr mənzilli yüksək dəqiqlikli raket sistemidir. Almaniya tərəfindən göndəriləcək qabaqcıl İris-T hava hücumundan müdafiə sisteminin hər biri Ukrayna şəhərini Rusiyanın hücumlarından qorumaq gücünə malikdir.
Böyük Britaniya ABŞ və Almaniyadan sonra Ukraynaya təkmil raket sistemi göndərəcəyini elan edən üçüncü ölkə oldu. M270 raket sistemi tezliklə Ukraynaya göndəriləcək.
Gecə yarısı saat 02:00-da Ukraynaya uzunmənzilli M270-ləri göndərəcəyini açıqlayan İngiltərənin bu addımı beynəlxalq xəbər agentlikləri tərəfindən "təcili" kodu ilə dünyaya çatdırıldı.
Nigar Abuzər
SİTAT.İNFO