Sanksiyalara rəğmən Rusiya qazancını qat-qat artırır... İqtisadi müharibədə Putin qalib gəlirmi?

14:29 6 İyun 2022

Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra bir-birinin ardınca sanksiya qərarları verən Avropada işlər planlaşdırıldığı kimi getmir. Rusiya bu il enerji ixracından əldə etdiyi gəlirləri əhəmiyyətli dərəcədə artacağını açıqlayır, Qərb mediası da sanksiya qərarlarının əks effekt verdiyini yazır. 

SİTAT.İNFO xəbər verir ki, fevralın 24-də Ukraynaya qarşı başladığı müharibədən sonra, ABŞ və Avropanın sanksiya məngənəsində qalan Rusiya, qiymət artımı səbəbindən bu il enerji ixracından əldə edəcəyi gəlirdə böyük artım gözlədiyini açıqlayıb. 

Serbiya televiziyasına danışan Rusiya xarici işlər naziri Sergey Lavrov, sanksiya səbəbindən ixracla bağlı hər hansı itki vermədiklərini açıqlayıb: "Qərbin siyasətindən qaynaqlanan qiymət səviyyəsinə görə indiyədək heç bir itki yaşamamışıq. Əksinə, bu il enerji ixracından qazanclarımızı əhəmiyyətli dərəcədə artıracağıq". 

Bloomberg Economics-in hesabatına görə, Moskva bütün sanksiyalara baxmayaraq, enerji qiymətlərinin artması səbəbindən bu il də neft və qaz gəlirlərindən gündəlik 800 milyon dollar qazanmağa davam edə bilər. Bloomberg-in proqnozuna görə, bu il Rusiyanın neft və qaz satışları 285 milyard dollar təşkil edə bilər. Bu rəqəm ölkənin 2021-ci ildə neft və qaz ixracından əldə etdiyi 235,6 milyard dollardan 20 faiz çoxdur.

Nigar Abuzər,

SİTAT.İNFO

 



Xəbər xətti