Ukrayna böhranı: Azərbaycan məsuliyyət götürüb - Çavuşoğlu

15:09 6 İyun 2022

Ukraynadakı müharibə fonunda avropalı dostlarımızın enerji böhranından daha az təsirlənməsi üçün səy göstəririk.

Sitat.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi brifinqdə deyib.

O bildirib ki, bu məsələdə xüsusilə Azərbaycan öz üzərinə böyük məsuliyyət götürüb.

XİN başçısı eyni zamanda qeyd edib ki, Türkiyə energetika və logistikanı müzakirə etmək məqsədilə Qazaxıstan və Türkmənistanla üçtərəfli iclas keçirəcək.

/Axar.az



Xəbər xətti