Hərbi ekspert Oleq Jdanov əmindir ki, Rusiya ordusu döyüş əməliyyatları üçün vəsait çatışmazlığından əziyyət çəkir.
SİTAT.İNFO xəbər verir ki, mütəxəssis bu barədə sosail şəbəkədə şərh paylaşıb.
Onun fikrincə, Rusiyanın resursu hər gün kiçilir: "Rusiyanın dediklərinin tamamilə əksini başa düşmək lazımdır. Fakt budur ki, bu müharibə nə qədər uzansa, Rusiya Federasiyasının onu aparmaq imkanı bir o qədər az olur. Onlar uzunmüddətli müharibəyə hazırlaşmayıblar. Və onların yığdıqları resurslar gündən-günə azalır” - Jdanov bildirib.
Safura Bənnayeva
SİTAT.İNFO