Norveçdə tarixi tapıntı! Buzlaqlar əridikdən sonra ortaya çıxdı - 3000 il yaşı olan...

16:27 6 İyun 2022

İqlim dəyişikliyi səbəbindən Norveçdə əriyən buzlaqlardan eramızdan da min il əvvəl istifadə olunan ayaqqabılar ortaya çıxıb.

SİTAT.İNFO xəbər verir ki, Lanqfonda  tapılan 3000 illik ayaqqabı təkcə Norveçdə deyil, bütün Skandinaviyada tapılan ən qədim geyim əşyasıdır. 

İqlim dəyişikliyi səbəbindən Norveçdə əriyən buzlaqlardan minlərlə illik ayaqqabılar çıxır.

Elm adamları Jotunheimen dağlarında bu gün Lanqfon  adlanan bölgədə tapılan 3000 illik ayaqqabı üzərində araşdırmalarını davam etdirərkən,  At Buz Yamağı adlı başqa bir bölgədə 1700 illik sandallar tapılıb.

Norveç Elm və Texnologiya Universitetinin tədqiqatçıları biz heyvanların və insanların yaşamı ilə bağlı heç bilmədiyimiz obyektlər və qalıqlar tapırıq.

Elə bir il yoxdur ki, anlayışımızın sərhədlərini dəyişən tapıntı kəşf etməyək. 

Universitet tədqiqatçıları, rəylərə görə, kiçik ayaqqabı bugünkü ölçülərdə 36 və ya 37 ölçülüdür. Buna görə də tədqiqatçılar bunun qadına və ya oğlan uşağına aid olduğunu düşünürlər.

Belə bir ayaqqabı ilk dəfə  2007-ci ildə ortaya çıxıb. Bununla belə, hələ də əriyən buzlaqların ərazisində araşdırmalar davam edir və yeni tapıntılar ortaya çıxır. Son araşdırmalar ayaqqabının eramızdan əvvəl 1100-cü ilə aid olduğunu ortaya çıxarıb.

Əvvəlki həftələrdə açıqlanan başqa bir tapıntının mövzusu isə 1700 illik sandal idi.

Dəri sandalın təxminən eramızın 4-cü əsrində dəniz səviyyəsindən 2000 metr hündürlükdə olan nəhəng dağ keçidi olan At Buz Yamağını gəzən səyahətçiyə aid olduğu güman edilir.

Obyektin son dərəcə köhnə olması ilə yanaşı, onun Roma üslubu da arxeoloqları cəlb edir.

Safura Bənnayeva,

SİTAT.İNFO



Xəbər xətti