Amerikalı jurnalist və analitik Devid İqnatius Ukrayna ətrafında hadisələrin inkişafı kimi Koreya ssenarisini mümkün hesab edir.
Sitat.info xəbər verir ki, amerikalı ekspert “Vaşinqton Post” qəzetində bu barədə öz fikirlərini bölüşüb.
İqnatiusun fikrincə, sülhün əldə olunması naminə belə bir sonluq reallaşa bilər. Tanınmış jurnalist xatırladır ki, vaxtilə Koreya münaqişəsi də bu ölkənin iki yerə bölünməsi ilə nəticələnmişdi. Çünki tərəflərdən birinin tam hərbi qələbəsi heç bir halda mümkün deyildi.
“Hərçənd 1950-ci illərdə ölkənin şimal və cənub hissələrə bölünməsi xalq üçün məğlubiyyət hesab olunurdu, amma bu gün biz dünyanın ən inkişaf etmiş iqtisadiyyatına malik çiçəklənən Cənubi Koreyanı görürük. Yeri gəlmişkən, ABŞ rəsmilərinin ritorikasında dəyişikliyi hiss edirik. Vaşinqton Kiyevə ona görə ən müasir silahları verməyə hazırdır ki, danışıqlar prosesində Ukrayna rəhbərliyinin mövqeyi daha da möhkəmlənsin”, - amerikalı jurnalist vurğulayıb.
/Axar.az