Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Mərkəzdən “Sitat.info”ya verilən məlumata görə, aşağıdakı yollarda tıxac müşahidə olunur:
1. Bakı-Sumqayıt şosesində – Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər sıxlıq;
2. Moskva prospektində - Beynəlxalq Avtovağzalın qarşısından 20 yanvar dairəsinə qədər - əsas və kənar yol sıxlıq;
3. Binəqədi şosesində - Biləcəri-Baksol yolu yolu ilə kəsişmədən Azadlıq prospekti metro stansiyasının istiqamətində sıxlıq;
4. Rövşən Cəfərov küçəsində - 20 yanvar dairəsindən başlayaraq əsas yolda, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq;
5. Ziya Bünyadov prospekti Heydər Əliyev prospekti ilə kəsişməsindən başlayaraq, Çermet yol ötürücüsü üzərindən DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas yolda 20 Yanvar dairəsi istiqamətində sıxlıq;
6. Xətai prospektinin Tələt Şıxəliyev küçəsi ilə kəsişməsindən, Əbdüləzəl Dəmirçizadə küçəsi ilə kəsişməsinə qədər, Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanı, eyni zamanda Heydər Əliyev prospekti istiqamətində sıxlıq;
7. 28 May küçəsinin, Puşkin küçəsi ilə kəsişməsindən, Rəşid Behbudov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq;
8. Dilarə Əliyeva küçəsinin, Puşkin küçəsi ilə kəsişməsindən, Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissəsində, Rəşid Behbudov küçəsi istiqamətində sıxlıq;
9. Bakıxanov küçəsində, İnşaatçılar prospekti ilə İzmir küçəsinin kəsişməsindən, Ceyhun Hacıbəyli küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqamətində sıxlıq;
10. Yusif Səfərov küçəsinin, Xocalı prospekti ilə kəsişməsindən başlayaraq, Heydər Əliyev prospekti istiqamətində sıxlıq;
11. Şəmsi Bədəlbəyli küçəsinin, Mirzəağa Əliyev küçəsi ilə kəsişməsindən, Rəşid Behbudov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq;
12. Rəşid Behbudov küçəsinin, 28 May küçəsi ilə kəsişməsindən, Füzuli küçəsi ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq;
13. Heydər Əliyev prospektində, Koroğlu metro stansiyasının qarşısından Heydər Əliyev Mərkəzinin yanına qədər əsas və kənar yolda sıxlıq;
14. Abdulvahab Salamzadə küçəsində, Qələbə dairəsindən başlayaraq, Ceyhun Səlimov küçəsi ilə kəsişməyə qədər olan hissəsində, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq.