Bu ilin yanvar-mart aylarında Azərbaycanın hava nəqliyyatı ilə yük və sərnişin daşınmasından əldə etdiyi gəlir 1,46 mlrd. manatı ötüb.
"Apa-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, əvvəlki ilin müvafiq göstəricisini 45,3% üstələyir.
Cari ilin birinci rübündə hava nəqliyyatı ilə yüklərin daşınmasından əldə edilən gəlirlər 877,19 mln. manat təşkil edib ki, bu da ötən ilin yanvar-mart ayları ilə müqayisədə 36,6% çoxdur.
Eyni zamanda, bu gəlirlərin əsas həcmi (877,28 mln. manatı) beynəlxalq yük daşımalarının qalan hissəsi (162,5 min manatı) isə ölkədaxili yük daşımalarının payına düşüb. Bu göstəricilər müvafiq olaraq 36,5% və 81,3% artıb.
Hava nəqliyyatı ilə sərnişindaşımalardan əldə olunan gəlir 168,96 mln. manat təşkil edib ki, bu da illik ifadədə 2,2 dəfəyədək artım deməkdir. Bununla yanaşı, gəlirlərin əsas payı beynəlxalq sərnişin daşımalarının payına - 147,5 mln. manat (artım 2 dəfə), ölkədaxili daşımaların payına isə 21,45 mln. manat (artım 5,5 dəfə) düşüb.
Hesabat dövründə hava nəqliyyatı ilə yük daşımalarının həcmi 152,7 min ton (artım 41%), sərnişindaşımaların həcmi 364,4 min nəfər (artım 3 dəfə) təşkil edib.