Azərbaycanda koronavirusdan ölən var - SON STATİSTİKA

16:37 7 İyun 2022

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 10 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sitat.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 792 820 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 049 nəfər müalicə olunaraq sağalıb, 9 714 nəfər vəfat edib, aktiv xəstə sayı 57 nəfərdir.

Ölkədə son sutka ərzində 2 508, hazırkı dövrədək isə 6 911 894 test aparılıb.

Azərbaycanda koronavirusdan ölən var -  SON STATİSTİKA



Xəbər xətti