Prezident yeni sərəncam İMZALADI

17:28 7 İyun 2022

Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibi dəyişdirilib.

Sitat.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla Müşahidə Şurasının tərkibi aşağıdakı redaksiyada verilib:

“Müşahidə Şurasının sədri

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri

Müşahidə Şurasının üzvləri

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri

“Azərbaycan Tələbə Gənclər Təşkilatları” İttifaqının sədri

Azərbaycan Könüllü Təşkilatları İttifaqının İdarə Heyətinin üzvü

“Azərbaycanlı Tələbələr və Məzunlar Platforması”nın İdarə Heyətinin üzvü”.



Xəbər xətti