Qanunsuz park yeri yaratmaq təşəbbüsü edən şəxs danışdı - VİDEO

18:18 7 İyun 2022

Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların qanunsuz kəsimi və qeyri-qanuni parklanma yerinin yaradılması ilə bağlı təşəbbüs göstərdiyini deyən şəxs səhvini boynuna alıb.

Bu barədə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev jurnalistlərə açıqlamasında bildirib.

O, paylaşımının səhv olduğunu etiraf edib.

Qeyd edək ki, aprel ayında Ə.Vəliyev: “Bülbüldə mənim təşəbbüsümlə yaradılan yeni dayanacağımızın siftəsini elədim... Mübarəkdir!” - deyə paylaşım etmişdi.



Xəbər xətti