Almaniyanın keçmiş Kansleri Angela Merkel xüsusilə də vəzifədə olduğu son dövrlərdə ictimaiyyət arasında titrəməsi ilə gündəm olmuşdu. Belə ki, Merkel bir sıra rəsmi görüşlər zamanı çətin anlar yaşamışdı.
“Qafqazinfo” “CNN Türk”ə istinadən xəbər verir ki, Merkel vəzifədən getdikdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb və jurnalist Aleksandr Osanga müsahibəsində digər məsələlərlə yanaşı, titrəməsinə də aydınlıq gətirib.
67 yaşlı keçmiş Kansler titrəməsinin əsas iki səbəbinin olduğunu bildirib. Onun sözlərinə görə, birinci səbəb anasının dünyasını dəyişməsindən sonra çox yorğun olması və bu hadisədən çox təsirlənməsidir. O, titrəməsinin ikinci səbəbinin isə çox az miqdarda su içməsi ilə bağlı olduğunu qeyd edib.
Xatırladaq ki, Angela Merkel 16 il Almaniyanın Kansleri vəzifəsini icra etdikdən sonra ötən ilin dekabr ayında bu postu tərk edib.