Daxili işlər orqanlarında daha bir təyinat olub.
Sitat.info xəbər verir ki, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə polis polkovnik-leytenantı Elman Parlanov Səbail Rayon Polis İdarəsinin Xidmət üzrə rəis müavini vəzifəsindən azad edilib.
Digər əmrlə E.Parlanov Daxili İşlər Naziliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisinin müavini vəzifəsinə təyin olunub.
Qeyd edək ki, E.Parlanov daha əvvəl Çevik Polis alayında komandir vəzifəsində də çalışıb. (Qafqazinfo)