Türkiyə NATO-ya üzvlükdən çıxarılır? - Şərtlər AÇIQLANDI

13:42 8 İyun 2022

Türkiyənin NATO-dan çıxması üçün şərtlər açıqlanıb.

Sitat.info xəbər verir ki, politoloq Aleksandr Asəfov NEWS.ru-ya müsahibəsində İsveç və Finlandiyanın şərtlərini yerinə yetirmədiyi təqdirdə Türkiyənin NATO-dan çıxma ehtimalını dəyərləndirib.

Vaşinqton Ukraynanın irimiqyaslı şəkildə silahla təchizına risk etməyəcək”  - Aleksandr Asəfov

Onun fikrincə, Türkiyə özü Alyansdan çıxmayacaq, çünki Ankara özünü ən güclü regional aktor hesab edir. Ankara təşkilatdan yalnız ciddi şəkildə tələb olunduğu halda çıxa bilər.

Türkiyə NATO-ya üzvlüklə bağlı vetonun götürülməsinə cavab olaraq İsveç və Finlandiya qarşısında on şərt qoyub.

Türkiyənin əsas tələbləri arasında PKK və  FETÖ-yə qarşı mübarizəyə dəstək verilməsi, həmçinin aktivlərinin dondurulması və terrorla əlaqəli birliklərin bağlanılmasıdır. 

Bundan əlavə, İsveç və Finlandiyada terrorla əlaqəsi olan şəxslərin deportasiyası və ekstradisiyasına xüsusi diqqət yetirilib. (32gun.az)



Xəbər xətti