Fevralın 24-də Ukrayna üzərinə işğalçı hücuma keçən Rusiya ordusu əsir götürdüyü 1000-dən çox ukraynalı əsgəri sorğu-sual üçün Rusiyaya aparıb.
SİTAT.İNFO Tass agentliyinə istinadən xəbər verir ki, sözügedən əsgərlər xəritədən demək olar ki, silinmiş və üç ay ərzində rus işğalçılarına müqavimət göstərən Mariupolda təslim olublar.
Kiyev administrasiyası Mariupoldakı Azovstal Polad Zavodunda ruslar tərəfindən əsir götürülən 2000 ukraynalının əsir mübadiləsi zamanı geri qaytarılmasını istəyirdi. Ukrayna qoşunlarının Rusiyaya aparıldığı təsdiqlənərsə, tərəflər arasında sülh danışıqları pozula bilər.
Səid İsaoğlu
SİTAT.İNFO