Solçu liderlərin dəvət edilməməsi səbəbindən bəzi ölkələr tərəfindən boykot edilən Amerika Dövlətlərinin Zirvə Toplantısı başlayıb.
SİTAT.İNFO xəbər verir ki, Bayden Los-Ancelesdə keçirilən “Amerika zirvəsi”nin rəsmi açılış mərasimində Şimali və Cənubi Amerika ölkələrinin liderlərinə müraciət edib.
Toplantıda Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı başlatdığı müharibə nəticəsində qlobal inflyasiya təzyiqlərinin daha da şiddətləndiyini bildirən Bayden, bu hadisələrin həm də qaçqın dalğasını artıracağını deyib.
Bayden çıxışında Amerika qitəsi ölkələri ilə yeni iqtisadi tərəfdaşlığın qurulduğunu və bunun iqtisadiyyatların yüksəlməsinə kömək edəcəyini bildirib.
Bayden Kuba, Venesuela və Nikaraqua liderlərini qonaqlar siyahısından çıxardıqdan sonra Meksika prezidenti Andres Manuel Lopez Obrador və bəzi digər liderlərin etirazı nəticəsində keçirilən 9-cu sammitə 21 lider qatılıb. Liderləri iştirak etməyən ölkələr nazirlər səviyyəsində təmsil olunub.
Bayden Latın Amerikası ölkələrinin iqtisadi inkişafına töhfə verəcək və şimala miqrasiya axınını ləngidəcək proqramının əsas çərçivəsini izah etsə də, onun bölgədəki solçu liderlərini dəvət etməməsi digər dövlət rəhbərlərinin reaksiyasına səbəb olub.
Lamiyə Xəqani
SİTAT.İNFO