Bayden Amerika qitəsindəki qaçqın dalğasına görə PUTİNİ SUÇLADI

12:04 9 İyun 2022

Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı başlatdığı müharibə səbəbiylə qlobal inflyasiya təzyiqlərinin daha da artdığını bildirib.  

SİTAT.İNFO xəbər verir ki, Los-Ancelesdə keçirilən “Amerika zirvəsi”nin rəsmi açılış mərasimində Bayden, bu hadisələrin ölkəsinə qaçqın axınını artırdığını vurğulayıb. 


ABŞ-a, xüsusən mərkəzi və cənubi Amerika ölkələrindən qaçqın axınına toxunan Bayden, "Putinin Ukraynaya qarşı amansız müharibəsi ilə qlobal inflyasiya təzyiqləri daha da pisləşdi. Ailələrin ehtiyaclarını ödəmək çətinləşdi. Bütün bu amillər qərb yarımkürəsinə qaçqın axınını gücləndirir" - dedi.

Nigar Abuzər

SİTAT.İNFO



Xəbər xətti